ABŞ İrana investisiya yatırmaq istəyir

0
ABŞ-ın neft-kimya nəhəngi “UOP” İrana investisiya yatırmaq istəyir.
Neft Kimya Şirkətləri Dərnəyi (APIC) İranın neft-kimya sektorunun nümayəndələri ilə ABŞ və Avropanın üç böyük neft-kimya şirkəti arasında müzakirələrin başladığını açıqlayıb. Müzakirələr əsasən yeni polimer zavodlarının inşası, informasiya texnologiyaları mübadiləsi və yeni neft-kimya müəssisələri üçün lisenziyanın verilməsi məsələlərini əhatə edir.
İranın neft-kimya sənayesinin səlahiyyətliləri ilə Fransanın “Total” və “Air liquide” şirkətləri, eləcə də ABŞ-ın “UOP” şirkəti arasında danışıqlar aparılır. “UOP”la müzakirələrdə əsas məsələ neft-kimya sənayesi üzrə, xüsusilə də metanol, propan, propilen məhsulları istehsalı sahəsində müasir texnologiyanın tətbiqidir.