AŞPA-nın qış sessiyasının gündəliyində Qarabağ müzakirə edilə bilər

0
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası yanvar ayının 23-27 tarixlərində keçiriləcək.
Bu barədə Modern.az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini, deputat Sevinc Fətəliyeva məlumat verib.
O, AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılacaq mövzular barədə də danışıb.
“Əsasən, Ukraynadakı demokratik institutların fəaliyyəti, Livandakı vəziyyət və regional sabitlik, Avropada təhlükəsizlik çağırışları və Qəzzadakı humanitar böhrana dair müzakirələr olacaq. Eyni zamanda, Avropada jurnalistlərə və mətbuat azadlığına olan təhdidlər, onlayn media və jurnalist fəaliyyətində hesabatlılıq və çağırışlar, kiber ayrıseçkilik və onlayn resurslarda nifrət çıxışlarının dayandırılması zərurəti də müzakirə olunacaq”.
Xanım deputat, sessiyada çıxış edəcək şəxslərin də adını çəkib.
Sessiya zamanı Kipr və Rumıniyanın prezidentləri, Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqlar üzrə Avropa Komissarı, Kiprin xarici işlər naziri çıxışlar edəcək. Avropa Şurasının Baş katibinin fəaliyyətinə dair məruzə dinlənəcək.
Həmçinin, Türkiyədə demokratik təsisatların fəaliyyəti, Suriyada vəziyyət və onun qonşu ölkələr üzrə təsiri mövzusu müzakirə edilə bilər. Assambleyada   ölkələr, öz monitorinq mexanizmlərinin inkişafı məsələlərinə də diqqət yetirəcək”.
Sevinc Fətəliyeva, AŞPA-nın iclasında Qarabağ məsələsinin müzakirəyə çıxarılması ilə bağlı belə deyib.
“Azərbaycan  nümayəndə heyəti olaraq, Dağlıq Qarabağ mövzusunu daim gündəmdə saxlayırıq. Həm assambleyada, həm də komitədə çıxış edərkən məsələni diqqətə çatdırırıq”