Bakı – Gəncə təyyarə reysləri ləğv olundu

0
Bakı-Gəncə-Bakı aviareysləri üzrə uçuşlar ləğv edilib.
Bu barədə “Qafqazinfo” saytında məlumat yer alıb. Məlumata görə, sərnişinlər ölkənin ikinci böyük şəhərinə uçuşların dayandırılmasına etiraz edirlər. Bildirirlər ki, uçuşların ləğv edilməsinin səbəbi barədə AZAL açıqlama vermir.
AZAL Mətbuat Xidmətinin rəhbəri Paşa Kəsəmənski isə bildirib ki, kommersiya ilə bağlı səmərəli olmadığı üçün yanvarın 9-dan etibarən bu istiqamətdə uşuşların ləğv edilməsinə qərar verilib.