Donald Trump prezident seçildikdən sonra ilk mətbuat konfransını keçirir

0
Prezident seçilmiş Donald Trump iddia edildiyinə görə Rusiya tərəfindən toplanmış kompromat materiallarin təfərrüatlarını açıqlayan hesabatı “xəstə adamların” quraşdırdığı “saxta xəbərlər” və “qondarma məlumatlar” adlandırıb.
Trump bu bəyanatını yanvarın 11-də özünün Manhattandakı ofisində keçirdiyi mətbuat konfransında səsləndirib.
Azadlıq Radiosunun məlumatına görə, bundan əvvəl Rusiyanın ABŞ-ın prezident seçkisinin təsirləndirilməsində oynadığı rola diqqət çəkən bir neçə hadisələr baş vermişdi.
Bu hadisələr özünün kulminasiya nöqtəsinə yanvarın 10-da çatıb. Həmin gün yayılan xəbərlərdə deyilirdi ki, ötən həftə prezident Barack Obamaya təqdim olunmuş məxfi kəşfiyyat dosyesində potensial baxımdan Trump-a qarşı kompromat ola biləcək şəxsi və maliyyə məlumatları var.
Moskva ilə daha yaxşı münasibətlərə çalışacağını vəd etmiş Trump bu ehtimalları yanvarın 11-də yazdığı tvitlərdə rədd edib və ABŞ-ın kəşfiyyat agentliklərini bu sızmaya “yol verdiklərinə” görə tənqid edib və bunu “mənə tərəf atılan son atəş” adlandırıb.
VOA-nın verdiyi məlumata görə, ABŞ prezidenti seçilmiş Donald Trump noyabrın 8-də prezident seçildikdən sonra Nyu Yorkda ilk mətbuat konfransını keçirir. Jurnalistlər Trump-a Amerika kəşfiyyatının Rusiyanın ona kömək məqsədilə noyabrda ABŞ seçkilərinə müdaxiləyə dair çıxardığı nətəcələrlə bağlı suallar verir.

Mətbuat konfransı zamanı prezident seçilmiş Donald Trump-ın dünya ölkələrində biznes əlaqələrinə görə maraqların mümkün toqquşması ilə əlaqədar suallarla qarşılacağı gözlənilir.
Donald Trump sonuncu dəfə jurnalistlərlə iyulun 27-də keçirdiyi mətbuat konfransında demokrat namizəd Hillary Clinton-u aylarla mətbuatın suallarına cavab vermədiyinə görə kəskin tənqid etmişdi.
ABŞ-ın müasir prezidentlərinin çoxu Ağ Ev uğrunda mübarizədə qələbə əldə etdikdən az müddət sonra mətbuat konfransı keçiriblər. Noyabrın 8-i seçkilərdən sonra “Twitter” səhifəsində 1600-dan çox mesaj yazması və qısa açıqlamalar verməsinə baxmayaraq, mətbuatın suallarını cavablandırmayıb.