Məhkəmə keçmiş nazirin əmlakını müsadirə edib

0
Rusiya məhkəməsi istintaq komitəsinin göstərişi ilə korrupsiyada ittiham olunan keçmiş iqtisadi inkişaf naziri Aleksei Ulyukaevin azı 564 milyon rubl vəsaitini və 15 obyektini müsadirə edib.
Bunu “Kommersant”a komitənin sədr müavini İgor Krasnov deyib.
O, həmçinin istintaqda keçmiş nazirin “Rosneft” in ofisində rüşvət almasını göstərən foto və videogörüntülər olduğunu deyib.
Moskva Basman məhkəməsi bu ərəfədə Ulyukaevin ev dustaqlığını aprelin 15-dək uzadıb.
Həmçinin istintaq müddətinin mayın 15-dək uzadıldığı bildirilir.
Müstəntiq Roman Nesterovun sözlərinə görə, keçmiş nazirin əleyhinə ifadə verənlər əsasən onun keçmiş işçiləri və “Rosimuşestva” nın əməkdaşlarıdır.
Aleksei Ulyukaev noyabrın 15-də “Rosneft” in ofisində həbs olunub.
İstintaqın versiyasına görə, keçmiş məmur “Başneft”lə sərfəli sövdələşmə əvəzində 2 milyon dollar rüşvət alıb.
Ulyukaev ittihamı rədd edir.