“Qızıl Qlobus”un qalibləri açıqlandı

0
Amerika və dünya dünya kinematoqrafiyasının ən yüksək və nüfuzlu mükafatı olan “Oskar”ın xəbərçisi hesab edilən “Qızıl Qlobus” mükafatçılarının adları açıqlanıb. Ötən gün ABŞ-ı Los Anceles şəhərində keçirilən mərasimlə mükafatlar öz sahiblərini tapıblar.
Fransa istehsalı olan, rejissor Paul Verhoevenin  “O” filmi “əcnəbi dildə ən yaxşı film” kateqoriyasında mükafata layiq görülüb. Filmdə ağır psixoloji travma yaşayan parisli qadından bəhs edilir. Bu nominasiyada “O”nun rəqibləri “XX əsrin qadını” (20th Century Women), “Deadpool, “Florence Foster Jenkins” və “Sinq küçəsi” (Sing Street) filmləri olub.
Damien Chazellin “La-La-Land” müzikli isə “ən yaxşı komediya və ya müzikl” nominasiyasında qalib olub. “La-La-Land” filmində caz pianoçusu və gənc aktrisanın sevgisindən bəhs edilir. Məhz bu film mükafatçılar arasında liderlik edir.
Kanadalı aktyor Ryan Gosling “ən yaxşı komediya aktyoru” (“La-La-Land”) kimi mükafata layiq görülüb.
Amerikalı aktrisa Emma Stone “La-La-Land” filmində canlandırdığı Mia roluna görə “ən yaxşı komediya aktrisası” adını qazanıb.
Digər mükafatçılar isə aşağıdakılardır:
“Ən yaxşı rejissor” və “ən yaxşı ssenari” – “La-La-Land” filmi, Damien Chazell
“İkinci planda ən yaxşı aktrisa” – “Çəpər” (“Fences”) filmindəki rolu ilə amerikalı aktrisa Viola Devis
“İkinci planda ən yaxşı aktyor” – “Gecə heyvanları” (“Nocturnal Animals”) filmi ilə britaniyalı Aaron Taylor
“Ən yaxşı animasiya” – “Walt Disney” istehsalı olan “Zootopia”
“Ən yaxşı dramatik film aktyoru” – Casey Affleck “Dənizin Mançestri” (Manchester by the Sea) filmi