SOCAR: Partlayış baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb

0
Ötən gün yanğın baş verən Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb.

Bu barədə xəbəri SOCAR-ın mətbuat xidmətindən bildiriblər.

“Xəbər verdiyimiz kimi, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş vermişdir.Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülmüş, qazın nəqli alternativ xəttə keçirilmiş, istehlakçıların qaz təchizatında fasilə yaranmamışdır. Kəmərdə təmir-bərpa işlərinə başlanılmışdır” – deyə məlumatda bildirilir.