Təhsil nazirinə yeni müavin təyin olunub

0
Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev Prezident İlham Əliyevin sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.
Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bu təyinatadək təhsil naziri Mikayıl Cabbarovun iki müavini – Ceyhun Bayramov və Firudin Qurbanov – olub.