Şimali Koreyanın sirli Pxenyan metrosundan görüntülər [Fotolar]

0
Şimali Koreyanın sirr dolu Pxenyan metrosunun görüntüləri yayılıb. Görüntüləri Rusiyanın Sputnik Agentliyi yayıb.
Metro eyni zamanda döyüş vəziyyətində sığınacaq olaraq inşa edilən polad qapılarla əhatə olunub.
Abzas.net xəbər verir ki, xarici dünyanın az məlumata sahib olduğu Şimali Koreyanın paytaxtı Pxenyanın iki xətt və 16 stansiyadan ibarət olan metro sistemi, bir neçə foto-müxbir tərəfindən görüntülənib.
Bunu da oxu: “Şimali Koreyada başqa bir həyatın mövcudluğundan xəbərsizdilər”
Şimali Koreyada sərt diktatura rejimi hökm sürdüyünü görə ölkə ərazisində xaricilərin çəkiliş aparması qadağandır. Metro və digər strateji obyekt hesab olunan yerlər isə foto-video çəkmək xüsusilə çətindir. Yalnız dövlətin icazəsi və onların təşkilatçılığı ilə çəkiliş aparmaq mümkündür.
Pxenyan metrosu 2 xətdən və 16 stansiyadan ibarətdir
Bəzi stansiyalarda eskalatorla qatarlara çatmaq 4 dəqiqə çəkir
Pxenyan metrosunda Şimali Koreyanın keçmiş lideri Kim Yong İlin portreti