“Nar bağı” filmi beynəlxalq festivalında təqdim olunub

0

İlqar Nəcəfin “Nar bağı” bədii filmi Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalında təqdim olunub.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, kinostudiya və “Buta Film” kino şirkətinin birgə istehsalı olan film festivalın “Qərbin Şərqi” müsabiqə proqramında nümayiş olunub.

Nümayişdə iştirak edən İlqar Nəcəf xarici mətbuat nümayəndələri və tamaşaçıları maraqlandıran sualları cavablandırıb.

Yeni ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.