36 mindən çox abituriyent tələbə adı qazanıb

0

Bu il Azərbaycan ali məktəblərinə qəbul imtahanlarında iştirak edən 42 804 abituriyentdən 36 381 nəfər tələbə olmaq hüququ qazanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) avqustun 12-də açıqlanmış məlumatında deyilir.

11728 abituriyent dövlət sifarişi əsasında, 24653 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

İmtahanları uğurla verən abituriyentlər avqustun 15-dən 25-nə qədər sənədlərini ali məktəblərə təqdim etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmr ali məktəbə göndərilməyəcək.

DİM həmçinin bildirir ki, avqustun 15-19-da boş qalan yerlərə əlavə ixtisas seçimi haqqında məlumat verəcək.