Alkarnadakı partlayış nəticəsində ölənlərin sayı ikiyə çatıb

0

Polis Alkanarada yerləşən yaşayış məntəqəsindəki evdə baş vermiş partlayışdan sonra dağıntılar arasından daha bir cəsəd tapıb.

Abzas.net xəbər verir ki, bu barədə İspaniyanın hüquq-mühafizə orqanları məlumat yayıblar.

“Alkanarda evdə ikinci cəsəd tapılıb, ekspertiza aparılır”, – deyə məlumatda bildirilir.

17 Avqust tarixində, Alkanarda baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.