Cəbhəçi gənc funksionerə 20 sutka həbs verilib

0

Xalq Cəbhəsi Partiyasının Sumqayıt təşkilatının Gənclər Komitəsinin sədri Ruslan Qara inzibati qaydada 20 günlük həbs edilib. Bu barədə Turan-a AXCP-dən bildiriblər.

Partiyada hələlik fəalın hansı inzibati hüquq pozuntusuna yol verdiyi barədə məlumat yoxdur. Amma AXCP-də əmindirlər ki, onu siyasi motivlərlə təqib edirlər.

Xatırladaq ki, Qara dünən səhər evinin yaxınlığında mülki geyimli şəxslər tərəfindən oğurlanıb.

AXCP lideri Əli Kərimlinin Facebook profilində yazdığına görə, Qara 2016-cı ilin sentyabrından indiyə qədər olan dövr ərzində partiyanın inzibati qaydada həbs olunan 41-ci fəalı olub. Partiyanın daha 20 üzvü işdən çıxarılıb.

Amma bu təzyiq forması Azərbaycan gəncliyinin demokratiya uğrunda mübarizəsini dayandırmayacaq, deyə Kərimli yazıb.