Millinin futbolçusu İspaniya klubunu tərk edəcək

0

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın “Kadis” klubunu tərk edəcək. 

“Report” “Portalcadista.com” saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun xidmətində Sequndada (II divizion) çıxış edən digər iki klub – “Luqo” və “Alkarkon” maraqlıdır.

Məlumata görə, E.İsrafilov üçün ən uyğun variant “Alkarkon”dur. Çünki yığma üzvi daha əvvəl hazırda bu komandanın baş məşqçisi olan Xulio Velaskesin rəhbərliyi altında çıxış edib. Bu, 36 yaşlı mütəxəssisin 2013/2014 mövsümündə “Mursiya”da işlədiyi vaxta təsadüf edib.

Qeyd edək ki, E.İsrafilov ötən ilin avqustunda “Kadis”ə keçib. O daha əvvəl “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib.