Müdafiə naziri Moskvaya gedib

0

Avqustun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.

Abzas.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları – 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.