Qızılın qiyməti 4 dollaradək bahalaşıb

0

Amerika fond bazarında Dow Jones indeksi 0,07% – 21 858,32 bəndədək, S&P 500 1,13% – 2 441,32 bəndədək, NASDAQ isə 0,64% – 6 256,56 bəndədək bahalaşıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 1,08% – 7 309,96 bəndədək, Almaniya DAX-ı 0,00- 12 014,06 bəndədək, Fransa CAC-40-ı isə 1,06% – 5 060,92 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,90 dollar artaraq 1 294,00 dollara, gümüş isə 0,01 dollar bahalaşaraq 17,07 dollara satılıb.