Rusiyanın tanınmış telekanallarından biri bağlanıb

0

Rusiyanın “Life” telekanalı yayımını dayandırıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu “News Media” holdinqinin direktoru Aram Qabrelyanov bildirib.

Onun sözlərinə görə, bundan sonra kanalı sosial şəbəkədə və saytda izləmək mümkün olacaq.

Avqustun 18-də şirkətin 90 əməkdaşının ixtisar olunduğu barədə məlumat yayılmışdı.

Telekanal Azərbaycan ictimaiyyətinin yadında işğal altında saxlanılan Dağlıq Qarabağla bağlı saxta məlumatlar yayması ilə yadda qalıb.