Rüstəm Usubov bir neçə mətbuat orqanına xəbərdarlıq edib

0
Foto: APA

Baş Prokurorluq bir neçə mətbuat orqanına xəbərdarlıq edib. Bu barədə qurumun yaydığı məlumatda deyilir. 

Abzas.net xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, aparılmış araşdırmalarla son günlər bəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan informasiyalar müəyyən edilib.

Məlumatda deyilir ki, “Aztoday.az”, “İnfoaz.org” və “Xural.com” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.

Bununla əlaqədar həmin saytların baş redaktorları baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarındabu cür məlumatların yayılmasına son qoyulması tələb edilib.

Baş prokurorun müavini gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə sayt rəhbərləri barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq edib.