Tanınmış türk aktyor 94 yaşında vəfat edib

0

Türkiyənin tanınmış aktyoru Seyfəddin Karadayı vəfat edib. 

Türkiyə KİV-nin məlumatına görə, aktyor 94 yaşında dünyasını dəyişib.

S.Karadayı İstanbulda dəfn olunacaq.

S.Karadayı 1923-cü ildə İstanbulda anadan olub. Ailəsinin istəyi ilə hərbi məktəbə daxil olub və uzun illər ordu sıralarında zabit kimi xidmət edib. O, 46 yaşında polkovnik rütbəsi ilə ordudan təxris olunub  və təqaüdə çıxıb. Təqaüdə çıxdıqdan sonra filmdə çəkilmək təklifi alıb və qəbul edib. Bundan sonra aktyor kimi fəaliyyətə başlayıb.

Kemal Sunal ilə 12 filmdə birgə oynayıb. Ümumilikdə 750 ekran əsərində və çox sayda seriallarda rol alıb.