Kaliforniyada yanğınlar nəticəsində ölənlərin sayı 17-ə çatıb, 200-ə yaxın insan itkin düşüb

0

ABŞ-ın Kaliforniya ştatında baş vermiş yanğınların qurbanlarını sayı artmaqda davam edir.

Abzas.net xəbər verir ki, yanğınlarda ölənlərin sayı 17 nəfərə çatıb.

Sonoma rayonunun polis şerifinin sözlərinə görə, yanğınlar nəticəsində 200-ə yaxın insan itkin düşüb.

Kaliforniya qubernatoru ştatda fövqaladə vəziyyət elan edib.

Yanğınların ştatın 240 min km ərazisini əhatə etdiyi bildirilir.