Əfqanıstanda “Taliban”-ın hücumu nəticəsində 22 hərbçi həlak olub

0

Noyabrın 13-də axşam saatlarında Əfqanıstanın Qəndahar əyalətində hərbçilərlə “talibançılar” arasında atışma baş verib.

Abzas.net xəbər verir ki, “Taliban” döyüşçüləri hərbçilərə hücum edib.

Atışma nəticəsində 22 hərbçi həlak olub, 15 nəfər isə yaralanıb.

Yerli polisin məlumatına görə, atışma iki saat çəkib.

Bu, son illər “Taliban”ın həyata keçirdiyi ən irimiqyaslı hücum əməliyyatı kimi qiymətləndirilir.

Həmçinin, atışma zamanı, Əfqanıstan hərbçiləri 40 “Taliban” döyüşçüsünü məhv edib, 35 yaraqlı isə yaralanıb.