Azərbaycanın birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib

0

Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib.

Abzas.net xəbər verir ki, bu barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, Gündüz Kərimov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub. Bununla da birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb.

Hazırda I vitse-prezidentin Katibliyinin strukturu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov, onun müavinləri Mehdi Dadaşov və Fariz Rzayev və vitse-prezidentin köməkçiləri Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov Gündüz Kərimovdan ibarətdir.

Mehriban Əliyeva prezident İlham Əliyevin bu il fevralın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olunub.