Dünya birjalarında neftin qiyməti qalxıb

0

Dünya birjalarında neftin qiyməti qalxıb.

Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06 dollar və ya 0,11% artaraq 56,80 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,06% artaraq 63,56 dollar olub.