İranda zəlzələ baş verib: ölənlərin sayı 530 nəfərə çatıb, 2500-dən çox insan yaralanıb [yenilənib]

0

Noyabrın 12-si İran-İraq dövlətlərinin sərhədində güclü zəlzələ baş verib.

Abzas.net xəbər verir ki, hadisə nəticəsində İranda ölənlərin sayı 530 nəfərə çatıb.

Bu barədə Kirmanşah şəhərinin tibb xidməti məlumat verib. 2530-dan çox insanın yaralandığı bildirilir.

Hadisə nəticəsində İraqda ölənlərin sayı 8 nəfərdi. Məlumata görə, 400-dən çox insan yaralanıb.

Zəlzələ 7.2 bal gücündə olub. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.