Kongoda qatar qəzaya uğrayıb: azı 33 nəfər ölüb, 30 nəfər yaralanıb

0

Konqo Demokratik Respublikasında sərnişin qatarı qəzaya uğrayıb.

Abzas.net xəbər verir ki, bu barədə Kongo mediası məlumat verib.

Məlumata görə, 13 vaqonluq qatarın 11 vaqonu relsdən çıxaraq yanıb.

Hadisə nəticəsində ən azı 33 nəfər ölüb, 30 nəfər yaralanıb.

Dağıntılar altında qalanların olduğu da ehtimal edilir.

Hadisənin səbəbləri araşdırılır.