ATƏT Xarici İşlər Nazirləri Şurası Vyanada toplaşıb

0

ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 24-cü illik iclası başlayıb.

Abzas.net xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada  keçirilən iclasda 40-dan çox dövlətin XİN başçısı iştirak edir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak etdiyi tədbiri ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz açıb.

Görüş zamanı nazirlər ATƏT məkanında mövcud münaqişələrin həlli, ATƏT-in böhranları idarə etmək imkanlarının gücləndirilməsi, müasir çağırışlara cavab məsələlərini, eləcə də 2018-ci ildə ATƏT-in sədri olacaq İtaliyanın prioritetlərini müzakirə edəcəklər.