Bitkoin 14 min dollar həddini keçərək növbəti dəfə rekordunu yeniləyib

0

Bitkoin virtual kriptovalyutanın qiyməti 14 133 dollara yüksəlib.

Abzas.net xəbər verir ki, ilin əvvəlindən 12 dəfədən çox bahalaşaraq 12 min dollar səviyyəsini aşan bitkoin öz rekordunu yeniləyib.

Dekabrın 18-dən təşkilatlanmış kapital bazarlarında bitkoin tədavülə başlayacaq. Bitkoinlə ABŞ-ın CME və CBOE birjalarında fyuçers əməliyyatlarına start veriləcək.

Bahalaşmaya əsas səbəb kimi məhz bu amillər göstərilir.