BMT Təhlükəsizlik Şurası Trump-ın Qüdslə bağlı qərarından sonra təcili toplanacaq

0

BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trump-ın Qüdslə bağlı açıqlamalarından sonra təcili iclas keçirmək qərarına gəlib.

Abzas.net xəbər verir ki, iclasın dekabrın 9-da keçirilməsi planlaşdırılır.

Bildirilir ki, ABŞ prezidenti Trump-ın Qüdsün statusu ilə bağlı bəyanatı ilə əlaqədar 8 ölkə – Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.