Çempionlar Liqasının 1/8 finalının püşkü atıldı

0

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Abzas.net xəbər  verir ki, Avropanın ən mötəbər klub turnirində mübarizəni davam etdirən 16 komanda rəqibini İsveçrənin Nyon şəhərində tanıyıb.

Püşkün nəticələri aşağıdakı kimidir:

“Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) – “Liverpul” (İngiltərə)

“Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

“Real” (İspaniya) – PSJ (Fransa)

“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya)

“Şaxtyor” (Ukrayna) – “Roma” (İtaliya)

“Bavariya” (Almaniya) – “Beşiktaş” (Türkiyə)

1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də keçiriləcək.