Gürcüstan Saakaşvilinin ekstradisiyasını istəyir

0

Gürcüstan hakimiyyəti sabiq prezident Mixail Saakaahvilinin Ukraynadan ekstradisiyası barədə müraciətini ləğv etmək niyyətində deyil.

Abzas.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan mədəniyyət naziri Mixail Georqadze bildirib.

M.Georqadze bildirib ki, M.Saakaşvilinin ekstradisiyası barədə müraciət ləğv edilməyəcək, lakin Gürcüstandan Ukraynaya bu barədə yeni müraciət göndərilməyib.