Prokurorluq Saakashviliyə ev dustaqlığı tələb edir

0

Ukraynanın Baş Prokurorluğu Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakashvili barəsində ev dustaqlığı həbs tədbirinin seçilməsini tələb edir.

Abzas.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan bildirib. “Prokurorlar məhkəmədən əvvəl Saakaşvili barəsində elektron qolbağın daşınmasıyla ev dustaqlığı tədbirinin seçilməsi ilə bağlı xahiş edəcəklər”, – deyə Sarqan “facebook”da yazıb. O, qeyd edib ki, istintaq hərəkətləri başa çatıb.

Saakashvilinin vəkili onun müddətsiz aclıq aksiyasına başladığını bildirib.

Saakashvilinin özü isə Ukrayna xalqını dekabrın 10-da ölkə prezidenti Poroşenkoya impiçment tələbi ilə mitinq keçirməyə çağırıb.