Səudiyyə Ərəbistanında kino nümayişi qadağası ləğv edilir

0

Səudiyyə Ərəbistanı rəhbərliyi növbəti ildən etibarən xalqa açıq kino salonlarına icazə veriləcəyini açıqlayıb. İlk salonların mart ayında xidmət verməyə başlaması gözlənilir.

Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya naziri Avan bin Saleh əl Avad artıq ilk kino salonuna lisenziya verildiyini bildirib.

Qadağanın qaldırılması ilə bağlı ətraflı məlumat verilməyib.

Həmçinin kino zallarının qadınlara açıq olub-olmayacağı bilinmir.

Kino salonlarına qadağa 70-ci illərdə qoyulub

Son həftələrdə kino zallarının yenidən açıla biləcəyinə dair şayiələr gəzirdi.

Kino salonları din xadimlərinin təzyiqi ilə 1970-ci illərdə bağlanmışdı.

Bu qərar son zamanlar Səudiyyə Ərəbistanında ictimai sahədəki azadlıqlar sahəsində atılan son addımdır.

Bundan öncə, qadınların sürücülük vəsiqəsi almasına və idman yarışlarına getməsinə icazə verilib. Qadınların 2018-ci ilin iyunundan avtomobil sürəcəyi gözlənilir.

Ölkədəki islahatların arxasında Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın imzası var.

Ölkəni müasirləşdirməyi arzu etdiyini açıqlayan şahzadə son aylarda bu istiqamətdə addımlar da atır.

Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz əl Səud, iyun ayında vəliəhd olacağı qardaşı oğlu Məhəmməd ibn Nayifin yerinə oğlu Məhəmməd ibn Salmanı gətirib.