Elmar Məmmədyarov Fransaya səfər edəcək

0

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edəcək.

Səfərin 16-18 yanvar tarixlərində gerçəkləşəcəyi gözlənilir.

Səfər çərçivəsində E.Məmmədyarov Fransanın vəzifəli şəxsləri ilə görüşəcək və bir sıra müzakirələr aparacaq.

Paytaxt Parisdə YUNESKO-nun mənzil-qərargahına da baş çəkəcəyi gözlənilən XİN rəhbərinin burada da bir sıra görüşləri planlaşdırılır.