Sabah hava pisləşəcək

0

Yanvarın 13-də Bakıda və Abşeronda hava buludlu olacaq, az yağıntı olacaq, güclü şimal küləyi əsəcək. Havanın temperaturu gecə +2, gündüz +7+9 olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti məlumat verib.

Ölkə rayonlarında yağıntı gözlənilmir, ancaq şimal regionunda dağlarda qar yağacaq.

Havanın temperaturu gecə -5 dərəcə şaxta, +11 dərəcə olacaq.

Yanvarın 13-dən başlayaraq ölkə ərazisinə şimaldan soyuq hava axını daxil olacaq. Yanvarın 17-dək ölkə ərazisində qar yağacağı, bəzi yerlərdə intensiz olacağı, temperaturun enəcəyi gözlənilir. Eyni zamanda güclü qərb küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcə enəcək. Yollar buz bağlayacaq.