Trumpın mühacirlərlə bağlı dedikləri qalmaqal yaradıb

0

ABŞ prezidenti Donald Trump-ın konqresmenlərlə immiqrasiyaya həsr olunmuş görüşdə səsləndirdiyi bildirilən vulqar sözlər qalmaqal yaradıb, prezidenti sərt tənqid edirlər.

Yanvarın 11-də immiqrasiyaya dair təklif olunan sazişi rədd edən Trump deyib ki, Haitidən və Afrikanın “dəlik ölkələrindən” daha çox adam Birləşmiş Ştatlara buraxılmalıdır. Bu barədə media Oval ofisdə keçirilən görüşdən xəbər tutmuş adamlara istinadla yazıb.

“NORVEÇDƏN MÜHACİR QƏBUL EDƏK”

Görüşdə iki senator yüzminlərlə gənc immiqrantın deportasiyadan qorunması üçün hər iki partiyanın hazırladığı kompromis planın detallarını açıqlayıb. Planda sərhəd mühafizəsinin də gücləndirilməsi təklif olunur.

Trump deyib ki, Birləşmiş Ştatlar Norveç kimi ölkələrdən daha çox mühacir qəbul etməlidirlər.

Ağ evin sözçüsü Raj Shah Trump-ın həmin sözü işlətdiyini təkzib etməyib. “Vaşinqtondakı bəzi siyasətçilər xarici ölkələr üçün vuruşmağı seçirlər, prezident Trump isə həmişə Amerika xalqından ötrü mübarizə aparacaq”, – Shah deyib.

Prezidentin dedikləri Konqresin demokrat və respublikaçı üzvlərinin tənqidinə səbəb olub.

Nümayəndələr Palatasının aparıcı demokrat üzvü Steny Hoyer Trump-ın sözlərini “irqçi və biabırçı” adlandırıb.

Palatanın respublikaçı üzvü, haitili miqrant ailədən olan Mia Loveprezidentin dediklərini “nəzakətsiz, bölücü, xudpəsənd” adlandırıb.

O, Trump-ın davranışının “ölkə başçısı üçün qəbuledilməz” olduğunu deyib, onu üzr istəməyə çağırıb.