Saakashvili Kiyevdə saxlanılıb

0

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Micheil Saakashvili Kiyev şəhərində saxlanılıb.

Abzas.net Unian agentliyinə istinadən xəbər verir ki, bu barədə onun dostu David Sakvarelidze məlumat verib.

Sakvarelidze-nin sözlərinə görə, Saakashvili xüsusi təyinatlılar tərəfindən “Suluquni” restoranının yaxınlığında saxlanılaraq naməlum istiqamətdə aparılıb.

Hüquq-mühafizə orqanları bununla bağlı açıqlama veriblər. Bildirilib ki, Saakashvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.

Kiyev məhkəməsi Micheil Saakashvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini rədd edib.