“Türkiyə terrora ən çox məruz qalan NATO üzvüdür”

0

“NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”.

Bu bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq “Zeytun budağı” əməliyyatını şərh edərkən verib.

“Türkiyənin qanuni təhlükəsizlik qayğıları var. NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb. Türkiyə təhlükəsizlik məsələləri ilə bağlı bu narahatlıqlarını həll etmək hüququna sahibdir. Türkiyənin NATO-dakı müttəfiqlərini məlumatlandırmaqda davam edəcəyini gözləyirik”, – o vurğulayıb.