Əkrəm Əylislinin cinayət işində maddə ağırlaşdırıldı

Yazıçı Əkrəm Əylisli barəsində başlanan cinayət işi başqa maddəyə tövsif edilib.
Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, bu gün Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olublar: “Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə qaldırılmış cinayət işi Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 315.1-ci maddə ilə istintaq prokurorluq orqanında aparılmalı olduğundan cinayət işinin istintaqı davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərildi”.
Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev Hava limanında saxlanılıb. Daha sonra isə sərbəst buraxılıb. Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib.
Abzas.net
Əvvəlki məqalə“Yeganə ”cinayətimiz” söz azadlığından istifadə etməyimizdir”
Növbəti məqalədəBazara neft çıxarmaqda tanker problemi