ABŞ-ın əfsanəvi müğənnisi dünyasını dəyişib

Dünyaca məhşur, əfsanəvi musiqiçi Prins 57 yaşında Minnesotadakı evində dünyasını dəyişib.
Cümə axşamı müğənninin evinə polis çağırılıb və onun cəsədi liftdə tapılıb. Hadisə ilə bağlı rəsmi məlumat verilməyib, polis araşdırma başlatdığını bildirib. Superstar 80-ci illərdə  “1999”, “Purple rain”, “Sign O’ the Times” albomları ilə dünyada tanınmağa başlayıb.
Prinsin kariyerası dövründə 100 milyondan artlıq albomu satılıb. Yeddi dəfə “Qremmi” mükafatına və “Purple Rain” filmindəki mahnısına görə “Ən yaxşı bəstə” nominasiyası üzrə Oskara layiq görülüb.
Abzas.net