MTN-nin həbsdə olan generalı keçmiş metropoliten rəisini nə ilə şantaj edib?
Baş prokurorluqda MTN-in keçmiş idarərəisi, Eldar Mahmudovun mütəşəkkil cinayətkar qruplaşmasının ən qorxunc simalarından biri olan general Akif Çovdarovla onun əməllərindən zərər çəkən məmurlar arasında üzləşdirməkeçirilib. Bu haqda virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat əldə edib.
Məlumata əsasən iki gün əvvəl, aprelin 22-də Akif Çovdarov Səbail rayonunun keçmiş icra hakimiyyəti başçısı Mübariz Məmmədovun qardaşı, Binəqədi bələdiyyəsinin keçmiş sədri, habelə Səbail rayon Icra Hakimiyyətinin hüquq şöbəsinin indiki rəhbəri Hafiz Aberkatovla üzləşdirilib. Həmin şəxslərin adı Çovdarov və MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmanın işində zərərçəkən kimi keçir. Çünki Çovdarov onlardan hədə-qorxu və təhdid yolu ilə iri məbləğlərdə pul qoparıb.
Ən maraqlı epizod isə Akif Çovdarovun haqqında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun şikayətidir. Istintaq orqanlarındakı mənbənin bildirdiyinə görəT.Əhmədov Akif Çovdarovun cinayətkar əməllərindən şikayət edərək bildirib ki, təhdidlər və təzyiqlər qarşısında ona 3 milyon manat verməyə məcbur olub.