Doha görüşündən sonra neft qiymətləri düşməyə başlayıb

Oil Barrels with Red Arrow isolated on white background. 3D render
Qətərin paytaxtı Dohada OPEC və OPEC-ə daxil olmayan neft istehsalçılar arasında aparılan danışıqlar uğursuzluqla nəticələndikdən sonra neft qiymətləri kəskin aşağı düşüb.
Belə ki, birjalar açılan kimi Brent nefti 5,5% ucuzlaşaraq 40,86 dollara, Qərbi Texas nefti isə 5,8% ucuzlaşaraq 38,15 dollara düşüb.
Səudiyyə Ərəbistanı özünün neft hasilatını azaltması üçün bütün OPEC və başqa iri ixracatçıların istehsalı azaltmasını istəyir. Söhbət xüsusilə də İrandan gedir.
Dohada neft hasilatının dondurulmasına dair danışıqlar, Səudiyyə Ərəbistanı ilə İran arasındakı anlaşılmazlıqdan dolayı uğursuzluqla nəticələndiyi bildirilir.
Abzas.net