“İtirdiyimiz bazarları qaytarana qədər hasilatı artıracağıq”

İran OPEC-in Doha görüşündən sonra neft hasilatını daha da artıracağını açıqlayıb. ANS press-in məlumatına görə, İranın neft naziri Bican Namdar Zənqane  Cənubi Afrikanın energetika nazirləri ilə görüşündə bildirib ki, rəsmi Tehran neft bazarında qiymətlərin sabit saxlanılmasında maraqlıdır.
“Səudiyyə Ərəbistanı İrana görə hasilatın “dondurulmasına” imkan verməyib”
“Sanksiyaların ləğvindən sonra İran  günlük neft hasilatını 1 milyon barelə qədər artırdı. Biz itirdiyimiz bazarları qaytarana qədər neft hasilatını artırmağa davam edəcəyik. Amma rəsmi Tehran bazarın sabitləşməsi üçün istənilən planı dəstəkləyir”, – deyə Zənqane bildirib.
O bildirib ki, Doha sammiti  vəziyyətin dəyişməsi üçün tədbirlərin görülməsinin vacib olduğunu göstərdi.
“Doha sammiti müvəffəqiyyətsizliklə yekunlaşdı. Buna baxmayaraq biz OPEC-ə daxil olan və olmayan dövlətlər arasında danışıqların aparılmasını yüksək qiymətləndiririk”.
epa05054144 Participants attend the start of the 168th OPEC Conference in Vienna, Austria, 04 December 2015. Oil ministers of the Organization of the Petroleum Exporting Countries (OPEC) showed no inclination to pump less to ramp up prices as they met in Vienna, arguing that non-OPEC countries would first have to agree to follow along with such a move. EPA/HERBERT PFARRHOFER
EPA/HERBERT PFARRHOFER
Aprelin 17-də Qətərin paytaxtı  Doha şəhərində  OPEC-in iclası keçirilib. İclasda təşkilata daxil olan dövlətlərlə yanaşı olmayanlar da iştirak edib.  Görüşün məqsədi neftin hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində saxlanılması barədə qərar qəbul etmək idi.
Bütün səylərə baxmayaraq, Səudiyyə Ərəbistanı irəli sürdüyü şərtini geri götürməyib. Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan verməyib.
Doha görüşü Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətərin təşəbbüsü ilə keçirilir. Bundan başqa, görüşdə Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri kimi iri neft istehsalçıları ilə yanaşı  Azərbaycan vəQazaxıstan da iştirak edib. Azərbaycanı bu toplantıda energetika naziri Natiq Əliyev təmsil edib.  O, Azərbaycanın neft hasilatının dondurulmasına razı olduğunu bildirib.