Nyu-Yorkda növbəti praymeri keçirilib

ABŞ-da prezident seçkilərindən əvvəl ənənəvi olaraq hər partiyanın öz namizədi müəyyənləşdirməsi üçün ön seçki keçirilir. Artıq bir neçə aydır bu proses başlayıb. Respublikaçılar partiyasından 3 namizəd – Donald Tramp (Donald Trump), Ted Kruz (Ted Cruz), Con Keysik (Jhon Kasich), Demokratlar Partiyasından isə 2 namizəd Hilari Klinton (Hillary Clinton) və Berni Sanders (Bernie Sanders) prezidentliyə namizədlik üçün mübarizələrini davam etdirirlər.
Dünən növbəti praymeri Nyu-Yorkda ştatinda keçirilib. İlkin nəticələrə görə Respublikaçılardan Tramp, Demokratlardan isə Klinton rəqiblərindən daha çox səs toplayıb.
Respublikaçılar Partiyasından olan namizədlər 95 nümayəndəni qazanmaq üçün yarışıb. 95 faiz səslərin sayılmasından sonra rəsmi olmayan nəticələrə görə Tramp səslərin 60%-ni, Keysik 25%-ni, Kruz isə 15%-ni toplayıb.
Trapm təşəkkür çıxışında iddia edib ki, kampaniyanın yekununda gözlənəndən daha çox nümayəndə sayına malik olacaq. Nyu-Yorklulara xüsusi təşəkkür edib və bildirib ki, Kruz artıq riyazi olaraq seçkini uduzub.
Demokratlarda isə əksər səslərin sayılmasından sonrakı nəticələrə görə Klinton 58%, Sanders isə 42% səs toplayıb. Demokratlar namizədlər Nyu-York praymerisində 291 nümayəndə uğrunda mübarizə aparıb.
 0202_cruz-clinton-sanders-trump-getty
ABŞ-da ilkin seçkilər Nyu-Yorkdan sonra 26 apreldə Konnektikut, Pensilvaniya, Delaver, Rod-Aylend və Meriland ştatlarından davam edəcək. Ölkə üzrə bütün ştatlarda praymerilər və kokuslar tamamlanandan sonra Respublikaçılar 18 iyunda Ohayo ştanının Klivlend şəhərində, Demokratlar isə 25 iyulda Pensilvaniyanın Filadelfiya şəhərində keçirəcəkləri kofransda yekun namizədlərini müəyyənləşdirəcəklər.
Bu nəticələrdən sonra Hilari Klinton super nümayəndələrin sayı ilə birlikdə 1893, Berni Sanders isə 1180 nümayəndəyə sahibdir. Demokrat namizədlərə minimum 2393 namizəd sayı lazımdır. Respublikaçı namizədlər arasında isə nümayəndələrin say bölgüsü belədir: Donald Tramp – 845, Ted Kruz – 559, Con Keysik – 147. Qeyd edək ki, respublikaçı namizədlərə isə minimum 1237 nümayəndənin səsini almalıdır.
İstifadə olunan mənbələr: WSJ, Al-Jazeera, AA.
Abzas.net
Əvvəlki məqaləƏkrəm Əylisli prezidentə açıq məktub yazıb
Növbəti məqalədə“Yeganə ”cinayətimiz” söz azadlığından istifadə etməyimizdir”