Parlament prezidentin impiçmentinə səs verdi

Braziliya müxalifəti ölkənin ilk qadın prezidenti Dilma Rusefi vəzifəsindən uzaqlaşdırmaq üçün parlamentdə 513 deputatdan 367-nin səsini ala bilib. Konqresdə səsvermənin keçməsi üçün minimum 342 səsə ehtiyac var idi. Prezident mayın əvvəlində 81 üzvü olan senat qarşısında müdafiə çıxışı edəcək. Sonuncu mərhələdə isə senatda sadə səs çoxluğu ilə impiçment təklifi yekun səsverməyə qoyulacaq. Senat aşağı palatanın qərarının leyhinə səs versə, indiki vitse-prezident Mişel Temer 2019-cu ilə qədər prezident olacaq.
image
Dilma Rousseff & Michel Temer
Dilma Rusef növbəti seçkidə yenidən prezident seçilmək üçün hökumətin büdcə hesablarını manipulyasiya edərək büdcə kəsirini ört-basdır etməkdə ittiham edilir. Prezidentin impiçment kampaniyası başlayandan Braziliyanın bütün böyük şəhərlərində milyonlarla müxalifət və hakim partiya tərəfdarı mitinqlərə qoşulub.
Dilma Rusef parlamentdə qızğın müzakirələr zamanı bildirib ki, “günahsız birini məhkum edib korrupsionerləri xilas etmək istəyirlər”. Özünün korrupsiyada ittiham olunmadığı xatırladan prezident “çevrilişi hazırlayanlar bu rüşvət çarxının davam etməsinimi istəyirlər?” deyərək vitse-prezident Mişel Temer və parlamentin spikeri Eduardo Kunyanı ona qarşı çevriliş etməkdə ittiham edib.
2001-ci ildə üstü-üstə iki dəfə Lula da Silva iqtidarını dəstəkləyən Mişel Temer, 2011-ci ildə prezident seçilən Dilma Rusef iqtidarının da yanında oldu. Dilma Rusef əleyhinə irəli sürülən siyasi ittiham aktınına yaxın müddətə qədər qarşı çıxırdı. Mişel Temelin üzv olduğu mühafizəkar partiyanın liderlərindən olan spiker Eduardo Kunyanın Rusefi prezident vəzifəsindən uzaqlaşdırılması kampaniyasına başlaması ilə hakim koalisiyadan ayrıldı.
image
Eduardo Conho
İddia edilir ki, İşçi Partiyası Rusefin spiker haqqında araşdırmaya başlamasına qərar verəndən bir həftə sonra spiker Eduardo Kunya müxalifətin prezidentə qarşı siyasi ittiham aktını təsdiqləyib. Braziliyanı bürüyən milyardlarla dollarlıq korrupsiya skandalında adı hallanan Eduardo Kunya İsveçrə banklarında milyonlarla dollarlıq hesabının olduğunda ittiham edilir. “Panama papers” 55 dəfə adının keçən spikerin ofşor hesablarının ortaya çıxması Rusefin səsvermədən əvvəl mövqeyini biraz gücləndirmişdi. Amma son dövrlər ölkədə baş verən iqtisadi krizis nəticəsində Dilma Rusefin reytinqi ciddi şəkildə düşməyə başlayıb. Prezident seçiləndə ölkə üzrə 80 fiazdən çox reytinqi olan qadın siyasətçinin son dövrlər keçirilən sorğularda 15-20 faiz vətəndaşın yenidən prezident kimi görmək istədiyi məlum olub.
Abzas.net