ABŞ-da neft ehtiyatlarının artığı açıqlanıb

ABŞ-da həftəlik kommersiya xam neft ehtiyatları 2 milyon barel artım göstərərək gözləntilərin üzərində artım göstərib.

ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) 29 Apreldə bitən həftədə, ölkədə kommersiya xam neft ehtiyatlarının bir əvvəlki həftəyə nisbətən 2,8 milyon barrel, yəni 0,5 faiz artdığını açıqlayıb.

Marjanın məlumatına görə, bazar gözləntisi ehtiyatların 1,7 milyon barel artım göstərməsi istiqamətində idi.

Bir əvvəlki həftədə isə xam neft ehtiyatları 2 milyon barel artım göstərmişdi. ABŞ-ın Strateji Neft Ehtiyatları da dəyişməyərək sözügedən həftədə 695,1 milyon barreldə qalıb.

Digər tərəfdən, EIA, 29 Apreldə bitən həftədə ABŞ-ın xam neft hasilatının əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 113 min barel azalaraq 8,82 milyon barel olduğunu açıqlayıb.

Ölkənin xam neft idxalı sözügedən həftədə, bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 110 min barel artaraq 7,67 milyon barelə yüksəlib.

ABŞ-da həftəlik xam neft ehtiyatlarının gözləntilərin üzərində yüksəlməsindən sonra, qlobal bazarlarda neftin qiymətləri aşağı düşməyə başlayıb.

Məlumatların açıqlanmasının ardından, Qərbi Texas növü xam neftin barrel qiyməti 43,73 dollara, Brent tipli xam neftin barrel qiyməti də 44,78 dollara geriləyib.