“Apple”ın satışları aşağı düşüb

Dünyanın ən böyük telefon istehsalçısı adını itirən Apple, indi də öz doğma ölkəsində “Samsung”dan geri qalmağa başlayıb. CNN-nin məlumatına görə, Amerika texnologiyanəhəngi “Apple”ın adı uzun illərdən sonra ilk dəfə uğursuzluqda çəkilir. Son dövrlərdə dünyada satışları aşağı düşən şirkət “Samsung”un satışlarının artmasıyla zirvədəki yerini itirib.

“Galaxy S7″nin böyük maraq oyatmasından sonra satış birinciliyini itirən Apple, buna baxmayaraq öz vətənində birinciliyi saxlayırdı. Ancaq bu da uzun çəkmədi. Samsung Amerika bazarında smartfonların satışını 28.8%-ə çatdırandan sonra bu ölkədə də birinciliyi ələ keçirdi. Ekspertlərin rəyinə görə, bu il çıxacaq Iphone-lardan da gözləntilər o həddə olmadığına görə “Samsung”un hələ müəyyən müddət dünya telefon bazarında liderliyi saxlayacaq.