“Heykəlin üstünü yazmaqda cinayət məsuliyyəti yoxdur”

Yeni həbs olunan nidaçı Bayram Məmmədov və siyasi fəal Qiyasəddin İbrahimovla bağlı Nida Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Ülvi Həsənli məlumat verib.

Kanal13-ə müsahibə verən Ülvi Həsənlinin çıxışından qısa başlıqları təqdim edirik:

“İnsanlara normal siyasi özünü ifadə mühiti yaratsalar onlar bu yola el atmazlar”.

“Uşaqlar özləri etiraf edənə qədər biz bilmirdik ki, bunu kim yazıb”.

“Bayram Məmmədov və Qiyasəddin İbrahimova qarşı işgəncə halları olub”.

“Heykəldən üzr istəmək tələbi gülüncdür. İnsan niyə cansız əşyadan üzr istəməlidir ki…”

“İndiyədək heç bir siyasi fəalın üzərindən 3 kq heroin çıxmamışdı”.

“Burda cinayət tərkibi, xuliqanlıq, vandalizm yoxdur, bu sadəcə qeyri-ənənəvi etiraz metodudur”.