Neft və qazdan 121 milyard dollara yaxın gəlir

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin mayın 1-ə əldə edilən gəlirlərini açıqlayıb.
Fonddan  verilən məlumata görə, hesabat dövründə AÇQ yataqları üzrə Fond 1 milyard 493 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 45 milyon ABŞ dolları həcmində gəlir əldə edib, – deyə Marja xəbər verir.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.05.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 118 milyard 502 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2 milyard 488 milyon  ABŞ dolları həcmində gəlir əldə olunub.