Təyyarəni hansı “BUK”un vurduğu müəyyənləşdi

Donbasda Malayziyaya Hava Yollarına məxsus Boing-in vurulması ilə bağlı yeni faktlar ortaya çıxıb. Separatçılar tərəfindən vurulan sərnişin təyyarəsini Rusiyaya məxsus hansı nömrəli “Buk” kompleksi ilə vurulduğu müəyyənləşib.

“Bellingcat” Beynəlxalq Araşdırma Mərkəzi hadisə yerindən şəkil və videoları təhlil edəndən sonra belə bir nəticəyə gəlib ki, təyyarə vurulan zaman “Buk” Ukraynanın şərqində separatçıların nəzarət etdiyi ərazidə, 2014-cü ilin iyun ayında isə Rusiya ərazisində olub. Bunu həmin vaxt çəkilən şəkillər də təsdiq edir.

Mərkəz sosial şəbəkələrdən götürülmüş materiallara əsasən kompleksin üçüncü naməlum rəqəmi də təyin edib. “Bellingcat”ın əvvəlki hesabatında “Buk” un nömrəsi 3*2 göstərilmişdi.  17, 18 iyul 2014 cü ildə Ukraynanın şərqində Kursk şəhərində məskunlaşmış Rusiyanın 53 saylı zenit raket briqadasına məxsus 332 bort saylı “Buk” kompleksinin foto, video çəkilişi aparılıb.

Həmin çəkilşdə bu kompleks şəhərin mərkəzinə doğru hərəkət edir. Niderlandin Təhlükəsizlik Şurasının qiymətləndirməsinə görə elə bu istiqamətdən də sərnişin təyyarəsi vurulub.

Mərkəz əldə olan materialları, zenit komplekslərinin şəkillərini detallı araşdıraraq o nəticəyə gəlib ki, təyyarəni 332 saylı kompleks vurub.

all_features

buk-cables-1

159F6C01-0DC4-4402-B554-FAD4516C1582_mw1024_s_n

Screen-Shot-2016-05-03-at-5.42.36-PM-1024x846