Atatürk Havalimanındakı terror: 41 ölü, 239 yaralı

Atatürk Hava Limanında baş verən terror hücumunda ölən və yaralananlarla bağlı rəsmi açıqlamanı İstanbul Valiliyi verib.
Valiliyinin rəsmi açıqlamasında, 41 nəfərin həyatını itirdiyi qeyd edilib. Həlak olanlardan 37 nəfərin kimliyi müəyyən edilib, bunlardan 10 nəfərin xarici vətəndaş, 3 nəfərin isə ikili vətəndaşlığı olduğu müəyyənləşib. Həyatını itirənlərdən 19 nəfər yaxınlarına təslim edilib.
Açıqlamada 239 nəfərin yaralandığı, bunlardan 109 nəfərin artıq evə buraxıldığı, 130 nəfərin isə müalicəsinin davam etdirildiyi bildirilib.
“Al-jazeera”nin verdiyi məlumatlara görə, ölənlərdən 5-i Səudiyyə Ərəbistanı, 2-i İraq, 1-i Tunis, 1-i Özbəkistan, 1-i Çin (Şərqi Türküstan), 1-i İran, 1-i Ukrayna, 1-i də İordaniya vətəndaşıdır.
İlkin məlumatlara görə terrrorun İŞİD tərəfindən həyata keçirildiyini deyilir. Baş nazir Binalı Yıldırım hücumda ən az 36 nəfərin öldüyünü deyib və hücumunun səbəbkarı kimi İŞİD-i göstərib.
Binalı Yıldırım terrorun baş verdiyi Atatürk Hava Limanına gedib, burada jurnalistlərin suallarını cavablandırıb.
Binali Yıldırım: “Təhlükəsizlik qüvvələrimizin apardığı araşdırmalar nəticəsində terrorun İŞİD tərəfindən həyata keçirildiyi anlaşılır. Terrorçular aeroporta taksiylə gəliblər. Qaçan bir terrorçu olduğu güman edilir. Hər 3 canlı bombanın atəş etdikdən sonra özlərini partlatdığı məlum olub. Ölən və yaralananlar arasında yəqin ki, əcnəbi vətəndaşlarda da var”.
Saat 13:20-dən etibarən Atatürk Hava Limanından tranzit hava nəqliyyatına icazə verilib.